Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:47

Yaxşı şeir yazmaq istəyirsən? - Amerika şairlərinin məsləhətlərinə qulaq as


Şeir axşamı.
Şeir axşamı.

-

Azər Əhmədov

Eşitdiklərim

Son on səkkiz il ərzində çoxlu-çoxlu şairlərlə görüşlərə qatılmaqdan böyük həzz almışam. Bəzən şairlər sadəcə şeir oxuyub gediblər. Bəzən də şeir sənəti üzərinə fikirlərini və təzə yazan şairlərə məsləhətlərini də bölüşüblər. Təəssüf ki, bu görüşlərdə qeydlər etməmişəm. Amma yadımda qalanlardan, mənə ən çox, ən dərindən təsir edənlərdən seçmələr verirəm aşağıda.

Mary Oliver

Amerikan şairəsi Mary Oliver.
Amerikan şairəsi Mary Oliver.

1. Özünüzə hər gün bir saat vaxt ayırın. Oturun və gözəl şeylər düşünün.

2. Bir yaxşi şeir yazdınızsa yubatmadan birini də yazın.

3. Şeirlərinizə ad qoyun. Şeirə ad qoymamaq dünyaya gətirdiyin körpəyə ad qoymamaq kimi bir şeydir.

Buna da bax: İndi Marsda qışdır göydən bəlkə də karbon qazının qarı yağır başına

Ted Kooser

1. Mən hər gün yazıram, amma ildə ən çoxu 8 yaxşı şeir yaza bilirəm. 10 ilə bir yaxşı şeir kitabı çıxır məndən.

2. Gənclər mənə çox şeir göndərir fikir bildirmək üçün. Onların əksəriyyətinin şeirlərindən asanca duyulur ki, çox az oxuyublar. Şair gərək on minlərlə şeir oxusun.

3. Mənim kitabxanamda yüzlərlə şeir kitabı var. Əgər hansısa kitabda iki dənə yaxşı şeir varsa mən onu yaxşı kitab sayıram. Hətta bircə dənə yaxşı şeir varsa da mən o kitabı yaxşı kitab sayıram və alıram.

Charles Simic

Amerika şairi Charles Simic.
Amerika şairi Charles Simic.

Təzə yazanlar bəzən şeirdə həqiqətə sadiqlik məsələsində çox ifrata varırlar. Şeirin yaxşı çıxması xatirinə həqiqəti dəyişməkdə cəsarətli olun.

Kay Ryan

Amerika şairəsi Kay Ryan.
Amerika şairəsi Kay Ryan.

Şeirlərə qulaq asmayın, onları oxuyun.

W. S. Merwin

1. Şeirlərin mənə hardan gəldiyini bilmirəm. Bəzən mən yeni yazacağım şeiri eşidirəm.

2. Ezra Pound mənə deyirdi ki, cavan şair gərək xarici dil öyrənib tərcüməçilik də edə. Başqa dildən tərcümə etməklə öz dilini öyrənəcəksən.

Billy Collins

Amerika şairi Billy Collins.
Amerika şairi Billy Collins.

1. Tələbələrimə tez-tez deyirəm ki, siz elə bilirsiz şeirləriniz sonuncu sətirdə bitir – hansını ki, böyük qayğı və diqqətlə yaratmısız, amma şeirləriniz redaktorun sonuncu oxuduğu sətirdə bitir.

2. Mən pis şeirləri də çox oxuyuram. Onlardan çox şey öyrənirəm.

3. Məncə insan ona görə şeir yazır ki, başqasının şeirini oxuyur.

4. Başqalarının şeirləri haqda şeir yazmağı çox sevirəm.

5. Şeir ona görə mövcuddur ki, biz ölüm problemini həll edə bilməmişik.

Mark Strand

Amerika şairi Mark Strand.
Amerika şairi Mark Strand.

1. Şeir yazandan sonra bəzən belə hiss keçirirəm ki, heç bilmirəm nə yazmışam.

2. Bəzən həqiqi sənət bioqrafiyanı yazmaq yox bioqrafiyadan qaçmaqdır.

3. Müəllif şeiri yazanda ümid edir ki, oxucu o şeiri bir neçə dəfə oxuyacaq. Mən öz şeirimi yüz dəfələrlə oxuyuram. Başqasının şeirini on dəfələrlə oxuyuram. Yaxşi şeirin ləyaqəti olur, oxunmaq üçün yalvarmır.

4. Adamlar poeziyadan çəkinirlər çünki yaxın gəlmək istəmirlər sirli olana, ölümə.

Buna da bax: Müasir Amerika şeirində qafiyələr, sənsiz və mənsiz şeirlər (Məqalə)

Stanley Kunitz

Stanley Kunitz
Stanley Kunitz

Şeir həyatın hansısa bir anında yaşamanın, diri olmanın nə demək olduğunu göstərir bizə.

Marie Howe

Marie Howe
Marie Howe

Poeziya bizim indi yaşadığımızı və bir zaman da öləcəyimizi bilir.

Azər Əhmədov

Azər Əhmədov.
Azər Əhmədov.

1. Tutaq ki, bir axşamüstü qarşına bir yenot çıxdı. Sənə baxdı. Elə baxdı, elə bil adam baxır. Quruyub qaldın. Sonra yoluna davam etdi, çönüb bir də baxdı. “Bilməm niyə getdin, niyə döndun, niyə baxdın?” – aman, içimdən təlatümlər keçdi, əlimi atım qələmə, bir şeir yazım düşündün. Yazma, dur! Əvəzində o yenotu illərlə xatirələrində yaşat. Bir zaman hansısa bir şeirində üzə çixacaq.

2. Şahmat oynamaqla şeir yazmaq sənəti arasında qohumluq var. Şahmatda ağlına gələn ilk gedişi etməkdən özünü saxlamaq çox vacibdir, seirdə də ağlına gələn ilk seyi elə o dəqiqə yazmayıb gözləmək. Şeirdə nəyi yazmaqdan bəlkə daha vacib olan nəyi yazmamaqdır. Bir keyfiyyətli şahmat oyununun da məzmunu təkcə qrossmeysterin etdiyi gedişlər deyil, daha çox etmədiyi gedişlərdir. Və yaxud, deyəlim taxta üzərində ağlına bir fikir gəlir - nə qədər gözəl və cazibəli olsa da gərək özünü məcbur edib sonacan kombinasiyanın işləyib-işləməməsini yoxlayasan. Işləmirsə, demək gedişi etməməlisən. Etmədiyin bu gedişin oyuna çox dəxli var, amma seyrçi çox vaxt bunu qiymətləndirmir, çox böyük əmək sərf edilib yoxlanılan variant, bütün gözəlliyi ilə, pərdə arxasinda qalır. Yazı sənətində də belədir – hər hansı bir maraqlı ideyanı təftiş edəsən gərək, əgər o ideya yerinə düşmürsə, gərək ona əlvida deməyi bacarasan.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG