Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:15

Barzani: 'Kürd bölgəsinin müstəqilliyini müzakirə edəcəyik'


Iraq, Masud Barzani

Iraq, Masud Barzani

“İŞİD-in Mosuldan çıxarılmasından sonra Bağdat hökuməti ilə kürd bölgəsinin müstəqilliyini müzakirə edəcəyik”.

Bunu İraqın şimalıdakıKürdüstan muxtar hökumətinin baş naziri Nechirvan Barzani Almanyanın Bild qəzetinə müsahibəsində deyib.

Barzani deyib ki, “bu danışıqların vaxtı çoxdan gəlib. Sadəcə, hazırda İŞİD-lə mübarizəyə köklənmişik”.

Baş nazir bunları da deyib:

"Biz ərəb deyilik, kürd millətiyik. Kürdüstanın müstəqilliyi üçün referendum olacaq. Qərarı da xalqımız verəcək”.

Bu ilin fevralında muxtar hökumətin başçısı Mesut Barzani də Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsi çağırışları etmişdi. Demişdi ki, “Kürdüstanın müstəqilliyi üçün hüç kimdən icazə istəməyəcəyik”.

Hazırda kürd peşmərgələr İraq ordusu ilə birlikdə Mosulda “İslam Dövləti” qruplaşmasına (İŞİD) qarşı əməliyyatlarda iştirak edir.

Barzani Mosulun İŞİD-dən 3 ay ərzində alına biləcini də deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG