Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Charles Aznavour: 'Soyqırıma' görə türklər mənim kimi müğənnini itiriblər


Fransada yaşayan erməni mənşəlli şanson müğənnisi Chales Aznavour.

Fransada yaşayan erməni mənşəlli şanson müğənnisi Chales Aznavour.

-

92 yaşlı erməni mənşəlli məşhur fransız müğənnisi Charles Aznavour hələ də səhnədədir və 100 yaşına qədər səhnəni tərk etməyəcəyini deyir. Bu günlərdə o konsert üçün Rusiyaya səfər edib və orda da müsahibə verib. Charles Aznavour müsahibəsində yeni albomundan, "erməni soyqırımından", Türkiyədən danışıb.

- Cənab Aznavour yeni albom buraxmağa hazırlaşırsınız, o nədən bəhs edir?

- Nostalgiyadan, içində həddən ziyadə nostalgiya var. Fransız xalqı nostalgiyaya çox bağlıdır, məncə elə rus xalqı da belədir. Elə düşünürəm nostalgiyada ülvilik, zəriflik xeyli çoxdur.

- Yeni albomunuz çıxmazdan xeyli əvvəl elan etmişdiniz ki, orda faşizm və müharibə mövzusunda mahnılar ağırlıq təşkil edəcək. Bəs bu mövzular niyə sizin üçün önəmlidir?

Charles Aznavour fransız müğənnisi Edith Piafla birlikdə.

Charles Aznavour fransız müğənnisi Edith Piafla birlikdə.

- Mən özümdən heç nə uydurmamışam, hamımızın yaşadığımızı yazmışam. Faşizmdən yazanda onu qeyd etmişəm ki, “Gestapo insanların arxasınca gəlir”. Burda heç bir ağır söz yoxdur, ancaq bu həm də bizim keçmişimizdir.

- Bu hələ də keçmiş deyil, bildiyim qədər sizin özünüzün keçmişinizdə, daha doğrusu ailənizlə bağlı da ağır təəssüratlarınız var. Sizin ailəniz soyqırımı yaşayıb. Valideynləriniz bu haqda sizə nə danışıb?

-

Biz ermənilər soyqırım mövzusunda danışmamağa çalışırıq, susmağı üstün tuturuq. Sanki buna görə utanırıq.

Əslində bizim ailəmizdə heç vaxt bu mövzudan danışılmazdı. Atam Gürcüstandan, Tibilisi şəhərindən idi o heç soyqırımla üzləşməmişdi. Ümumiyyətlə isə biz ermənilər bu mövzularda danışmamağa çalışırıq, susmağı üstün tuturuq. Sanki buna görə utanırıq. Halbuki, biz yox bütün bunları səbəbkarları utanmalıdır. Qeyd etməliyəm ki, indi artıq Türkiyədə bu faktı qəbul edən insanlar var və hər gün onların sayı artır.

Buna da bax: Charles Aznavour-un Ermənistanı qarışdırmış müsahibəsi

- Yer gəlmişkən keçən il Türkyə höküməti öldürülmüş ermənilərin yaxınlarına baş sağlığı bildirdi. Bununla belə onlar tərəfindən “soyqırım” sözü işlədilmədi. Sizcə dünya ictimaiyyəti, həmçinin türk höküməti bu faktı qəbul etməyə hazırdırmı?

Ermənistan prezidenti Serzh Sarkisian, aktyor George Clooney və Charles Aznavour Ermənistanda soyqırım abidəsinin önündə.

Ermənistan prezidenti Serzh Sarkisian, aktyor George Clooney və Charles Aznavour Ermənistanda soyqırım abidəsinin önündə.

- Doğrusu baş sağlığı diləmək hələ “soyqırım”ı qəbul etmək anlamına gəlmir. Məsəlçün heç tanımadığınız bir adamın dəfni zamanı, onun ölümündə heç bir günahınız olmasa da gedib baş sağlığı verə bilərsiniz. Ancaq bu məsələdə daha dəqiq olmaq lazımdır və "soyqırım" haqda aydın danışılmalıdır. Bax məsəlçün, Türk höküməti baş vermiş hadisələrə görə üzr istəsəydi bu tamam başqa məsələ olacaqdı.

- Bu günlərdə Roma papası Francis çıxışında “soyqırım” sözünü açıqca işlətdi. Necə olsa proses başlayıb və bu məsələdə irəliləmə görünür. Sizin fikinizcə bu məsələnin sivil həll yolu varmı?

- Nə vaxtsa proses öz məcrasına düşəcək. İndi hər şey türk gəncliyindən asılıdır. Onlar ya baş verənlər haqda həqiqətə uyğun olmayan söhbətlərə qulaq asacaqlar, ya da bütün bunları qəbul etməyə hazır olacaqlar.

- Erməni cəmiyyəti və onun nüfuzlu təmsilçisi kimi bu məsələdə birgə səylər göstərməyə hazırsınızmı?

Əgər bütün bunlar baş verməsəydi Türkiyənin çox məşhur bir müğənnisi olardı və o mənəm. Onlar erməni intelligensiyasını itirdilər

- Mən mahnılarımı oxuyarkən bu haqda danışıram və bununla öhdəmə düşəni etmişəm. Yeri gəlmişkən mən bu haqda bir mahnı da yazmışam, mahnı “Onlar öldülər” adlanır. Qeyd edim ki, “soyqırım” məsələsi məhz Türkiyənin rəsmi dairələri tərəfindən qəbul olunmur. Bunun heç bir halda bütünlükdə türk xalqına dəxli yaxdur. Mənim ürəyimdə nifət yoxdur. Ancaq məncə bu fakt əvvəl-axır qəbul olunmalıdır. Baş vermiş hadisələr etiraf edilməlidir. Bundan əlavə demək istərdim ki, əgər bütün bunlar baş verməsəydi Türkiyənin çox məşhur bir müğənnisi olardı və o mənəm. Onlar erməni intelligensiyasını itirdilər. Düzdür hamısını birdən məhv edə bilmədilər, sağ qalanlar oldu. Ancaq onlar erməni diasporundan tanıdığımız çox məşhur simaları itirdilər. Bu adamlar indi Türkiyənin bir parçası ola bilərdilər. Ancaq bütün bunlar keçmişdə qalıb, biz 21-ci əsrdəyik. Hər şeyə fərqli baxmağın zamanı gəlib. Biz iki xalq, türklərə ermənilərin ortaq yanları çoxdur. Bütün baş verənləri qəbul etmək, önümüzdəki bariyerləri aşmaq və yola davam etmək lazımdır.

Buna da bax: Charles Aznavour: “Ermənistanda daxili soyqırım baş verir”

- Sizi Ermənistanda çox sevirlər, sizin bu ölkəyə yardımlarınızı görməmək mümkün deyil. İndi orda hansısa layihələriniz varmı?

- Həmişə çalışıram müxtəlif vəziyyətlərdə əlimdən gələni edim. Xeyriyyə konsertləri olanda məmnuniyyətlə orda çıxış etməyə razılıq verirəm. Əvvəllər Ermənistanda məktəblərin yenidən qurulmasına kömək edirdim, indi belə imkanlar azdır, ancaq kömək lazım olarkən üzərimə götürməyə çalışıram.

Qərar vermişəm ki, son konsertimi 100 yaşım tamam olanda verim.

- Siz qastrol səfərlərinə getməyə davam edəcəksinizmi? Sizi Ermənistanda yaxud Rusiyada yenə görə biləcəyikmi?

- Bəli, əlbəttə. Qərar vermişəm ki, son konsertimi 100 yaşım tamam olanda verim.

Günün bütün mövzuları

XS
SM
MD
LG