Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Dollar ajiotajının səbəbi


Foto: arxiv
Foto: arxiv

Bu gün yerli medai kənd təsərrüfatında suya qənaətin yollarından, dollar bahalaşmasının səbəblərindən və s. məsələlərdən yazır.

“Azərbaycan” qəzeti “İslahatlar ölkənin hərtərəfli inkişafına xidmət edir” sərlövhəli məqalədə Dünya Bankının “Doing Business 2017” hesabatında Azərbaycanın biznüs mühitinin yaxşılığına görə 190 ölkə arasında 65-ci yer tutmasından yazır.

Müəllif deyir ki, növbəti iqtisadi islahatların həyata keçirilməsi prosesi uğurla davam edir. Bu istiqamətdə görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Qəzet yazır ki, son illər ölkədə qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm islahatlar aparılır. Həm də islahatları ölkənin hərtərəfli inkişafına nail olmaq, istehsal və ixracda qeyri-neft məhsullarının çəkisini artırır.

Müəllif xatırladır ki, hazırda dünya ölkələri bitkiçiliyin inkişafında iki əsas məsələyə - torpaq və sudan səmərəli istifadəyə xüsusi diqqət yetirir:

“Bu məqsədlə hazırda ölkəmizdə damcılama üsulundan istifadəyə başlanılıb. Zaman bunu tələb edir. Çünki yeni üsul sudan qənaətlə istifadə etməyə, torpaqların şoranlaşmasının qarşısını almağa, məhsuldarlığın artmasına imkan yaradır”.

Dollar ajiotajının səbəbi

“Azadlıqinfo” saytı “Bazarda növbəti dollar ajiotajı” sərlövhəli məqalədə ölkənin maliyyə sektorunda durumu ekspert Samir Əliyevlə müzakirə edir.

Müəllif son vaxtlar Mərkəzi Bankın valyuta hərraclarında dolların bahalaşması tendensiyasına diqqət çəkir və bankların da buna uyğun addımlar atdığını bildirir. Deyir ki, bəzi bank dollarlar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Oktyabrın 28-də “Bank Respublika” satış limitini 5 min dollardan 300 dollara, “Unibank” 5 min dollardan 500 dollara endirilb. “Azərbaycan Sənaye Bankı” limiti 1000 dollardan 500 dollara endirib, “Bank Silk Way” in baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.

Buna da bax: «İlin sonunadək 1 dollar 90 qəpik olacaq»

Maliyyə sektorundakı prosesi şərh edən ekspert Samir Əliyev deyir ki, baş verənlərin arxasında fundamental məsələlər durur. O, hesab edir ki, bunun əsas səbəblərindən biri ölkəyə gələn dolların həcminin ölkəni tərk edən dollar həcmindən dəfələrlə az olmasıdır:

«Neft Fondu və Mərkəzi Bank hərraclar vasitəsilə dollara olan tələbatı ödəməyə çalışır. Amma bu çıxış yolu deyil. Eyni zamanda dolların qiyməti ilə bağlı güclü spekulyasiya da var”.

Ekspertə görə, “qara bazar”ın qarşısı yalnız müəyyən dərəcədə alına bilir. SƏliyev deyir ki, dünyanın bütün ölkələrində bazarda spekulyasiya yaradanlar olur. Onlar əvvəlcə dolları ucuzlaşdırırlar, sonra isə bahalaşdıraraq satırlar, elə bununla da qazanırlar.

Məmurlarin gəlirləri gizlətmək müqaviməti

“Exo” qəzetində isə “Azərbaycanda “dostluq bazarı” nın həcmi milyardlarla dəyərləndirilir” sərlövhəli məqalə oxumaq olar.

Buna da bax: İlham Əliyev qanun qəbul edir, NK onu 15 ildən sonra icra edəcək

Məqalə müəllifi ölkədə gəlir Bəyyanmaəsinin 2005-ci ildə qəbul olunmasına baxmayaraq onun hələ də tətbiq olunmamasını ekspertlərlə müzakirə edir.

“Azərbaycanda uzun illər boyu özlərini elə göstərirlər ki, guya gəlirlər barədə Bəyannamənin formasının müəyyən edə bilmirlər. Amma nəzərə almaq lazımdır ki, “Dövlət məmurlarının gəlirlərinin bəyannamasıhaqqında” qanun hələ 2005-ci ildə qəbul edilib. Yalnız bu qanun icra edildiyi halda “Gəlilər haqda ümumi Bəyannamə”nin qəbulu barədə danışmaq olar”. Bunu isə qəzetə ekspert Oktay Haqverdiyev şərh edir.

Ekspertə görə, bu qanun ona görə işləmir ki, bəzi məmurlara öz gəlirlərini gizlətmək sərf edir. Onun fikrincə, qanun işə düşdüyü halda məmurlar bu qədər sərvəti hardan əldə etdiklərini izah edə bilməyəcəklər:

“Mən inanmıram ki, Nazrilər Kabineti indiyə kimi bəyannamənin formasını hazırlamayıb. Sadəcə qüvvələr var ki, bu prosesi ləngidirlər. Mən Nazirlər Kabinetində işləyəndə özüm korrupsiyaya qarşı mübarizə proqramını hazırlamışam ki, onun da tərkibinə gəlirlər və xərclər barədə bəyannamə də daxildir. O zaman 5 il ərazində bu proqram işə salına bilmədi. Ona görə də Azərbaycanda gəlirlər barədə bəyannamənin nə zaman qəbil ediləcəyini, qanunun işləyəcəyini demək çətindir”.

Ekspert Nəriman Ağayev isə düşünür ki, ilk növbədə maliyyə amnistiyası tətbiq edilməli, bundan sonra isə gəlirlər barədə bəyannamə qəbul olunmalıdır:

“Yalnız bundan sonra milyonları “kölgə” dən çıxarmaq olar. Bunun üçün isə əllərini yana salıb gözləmək yox, işləmək lazımdr. Amma Azərbaycan buna hazır deyil, bəlkə 5 ildən sonra mümükün ola bilər”.

Ölkədə sürüşmə həyəcanı

“Bizim Yol” qəzeti isə “Azərbaycanda yüzminlərlə insan ciddi təhlükə altındadır” sərlövəhli məqalədə ölkədəki sürüşmə zonalarında yerləşən əhalinin taleyini ekspetlərlə araşdırır.

Buna da bax: Masazırda torpaq sürüşməsi

Müəllif son günlər yağışların ölkə ərazisində uzun müddət davam etməsi nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunduğunu bildirir. Bəzi yerlərdəki yaşayış məntəqələrinə və avtomobil yollarına təhlükə yarandığını vurğulayır.

“Azərbaycan ərazisində 100-dən çox sürüşmə sahəsi var. Onların demək olar ki, hamısı yaşayış məntəqələrinin ərazisindən keçir. Sürüşmələrin aktiv olduğu rayonlar Dağlıq Şirvan ərazisindədir, yəni, Şamaxı İsmayıllı, Ağsu və Qobustandadır. Xüsusən Gürcüvan, Hinqar, Talış, Nüycü, Xasıdərə kəndlərin ətrafında sürüşmə pik həddinə çatıb. Bu gün Dağlıq Şirvanda əhalisi 43,5 min nəfərdən çox olan 70 yaşayış məntəqəsində hazırda sürüşmə gedir. Təkcə İsmayıllı rayonunda əhalisi 20 min nəfərdən ibarət olan 40-dan çox yaşayış məntəqəsində hazırda sürüşmə var”. Bunu isə qəzetə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev şərh edib.

N.Paşayevin sözlərinə görə, Şamaxıda əhalisi 15 min nəfərdən çox olan 15 yaşayış məntəqəsində eyni təhlükə hökm sürür. Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə hər il olduğu kimi bu il də aktivdir. Alim deyir ki, sürüşmə nəticəsində təkcə İsmayıllının Kirşan və Ximran kəndləri məhv olub. Varna kəndinin ərazisi sürüşmə zonası olduğu üçün kəndin əhalisinin 1988-ci ildə ordan köçürdülər. N. Paşayev Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran Astara zonasında da sürüşmənin aktivləşdiyini bildirir.

Alim deyir ki, paytaxt ərazisində də sürüşmə sahələri aktivləşib:

“Bakıda Zığ şossesi, Qaraçuxur, Yeni Yasamal, Masazır gölü ətrafında, xüsusilə Bayıl sürüşmə ərazisində, Neftçilər prospekti ilə Şəhidlər Xiyabanı arasında olan sahədə sürüşmənin aktivliyi pik həddə çatıb. Əhmədli yaşayış məntəqəsində, Gəncə prospekti ərazisində də sürüşmə təhlükəsi davam edir. 4 hektar ərazini əhatə edən Zığ şossesinin ərazisi ən təhlükəli sürüşümə ərazisidir”.

Nəriman Paşayev vurğulayır ki, əhalinin sürüşmə zonasında məksunlaşmasının qarşısını almaq mümkün deyil:

“Çünki insanlar sürüşmə zonalarından harda olmasından xəbərsizdirlər. Torpaq satan şəxslər isə əhaliyə bu barədə məlumat vermirlər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG