Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 11:57

Nazirliyin ştat vahidi 160-dan 379-a qaldırıldı, amma...


Mədəniyyət naziri Əbülfəz Qarayev

Mədəniyyət naziri Əbülfəz Qarayev

Ölkə başçısının oktyabrın 28-də imzaladığı fərmanla Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi 379 ştat vahidinə qaldırılıb.

Prezident İlham Əliyev “Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişikliklər edib.

Nazirliyin aparatı üzrə 160, Bakı şəhər və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilib. Bununla bağlı fərmanın 3-cü bəndi dəyişdirilib.

Buna da bax:​ Ədliyyə Nazirliyində yeni ştatlar yaradılır

Fərmanın 3-cü bəndi indiyədək aşağıdakı mətndə idi:

“Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aparatının işçilərinin say həddi 160 ştat vahidi müəyyən edilsin”.

Ölkə başçısı martın 29-da Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, nazirliyin bütün rayon şöbələri ləğv olundu, şöbələrin bazaları əsasında regional idarələr yaradıldı.

Məsələn, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının hər birində mədəniyyət və turizm şöbələri fəaliyyət göstərirdi. Prezidenti sərəncamına əsasən həmin şöbələr ləğv edildi. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi yaradıldı.

Buna da bax:​ Büdcə vəsaitlərinin necə xərcləməsi müzakirə edilib

Sərəncamda bundan başqa, Sumqayıtda, İsmayıllıda, Şəkidə, Kürdəmirdə, Ağstafada, Şəmkirdə, Gəncədə, Bərdədə, Ağcabədidə, Ağdaşda, Sabirabadda, Biləsuvarda, Masallıda və Lənkəranda regional idarələrin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yaradılması nəzərdə tutulurdu.

Azərbaycanda həmin sərəncama qədər 65 mədəniyyət və turizm şöbəsi fəaliyyət göstərirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG