Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Azərbaycan Beynəlxalq Bankının həbsdəki sabiq sədri Cahangir Hacıyev ona bəraət verilməsini istəyir.

Vəkilləri Ağır Cinayətlər Məhkəməsinin bankir barəsindəki çıxardığı hökmdən apelyasiya şikayəti verib.

C. Hacıyevin vəkillərindən Fəxrəddin Mehdiyev bu haqda bildirib.

Buna da bax: Maliyyə Nazirliyi Cahangir Hacıyevin ittihamına cavab verdi

Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsassız hesab etdiklərini, şikayətlərində həmin hökmün ləğv edilməsin, bankirə bəraət verilməsini tələb etdiklərini söyləyib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, bankın külli miqdarda vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı kimi əməllərdə suçlanırdılar.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Cahangir Hacıyev mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 15 il azadlıqdan məhrum edilib.

Cahangir Hacıyev ittihamları qəbul etmir. Onun fikrincə, barəsindəki cinayət işinə xitam verilməli və olanlara görə, ondan və digər təqsirləndirilən şəxslərdən üzr istənməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG