Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Parlament «Kütləvi informasiya vasitələri haqqında», «Televiziya və radio yayımı haqqında», «İctimai televiziya və radio yayımı haqqında» və bir neçə başqa qanuna dini ekstremizm əleyhinə əməliyyatların aparılması ilə bağlı dəyişikliklər edib.

Oktyabrın 28-də edilən bu dəyişikliklər dini ekstremizm əleyhinə əməliyyatlar barədə informasiyaların yayılması ilə əlaqədardır.

APA-nın xəbərinə görə, parlamentin İnsan hüquqları komitəsinin təqdim etdiyi layihələri deputatlar məqbul hesab ediblər.

Dəyişikliyə görə, kütləvi informasiya vasitələri təmsilçiləri dini ekstremizmə qarşı xüsusi əməliyyatlar aparılan ərazilərdə sərbəst fəaliyyət göstərə bilməyəcəklər.

Dəyişiklikdə jurnalistlərin fəaliyyət dairəsini əməliyyat aparan qurumun müəyyən etməsi nəzərdə tutulur. Bundan sonra KİV əməliyyat barədə bilgiləri əməliyyat aparan qurumun uyğun hesab etdiyi həcmdə və vaxtda əldə edə biləcək.

Bu qayda ilə bağlı «Kütləvi informasiya vasitələri haqqında», «Televiziya və radio yayımı haqqında», «İctimai televiziya və radio yayımı haqqında» və «Telekommunikasiya haqqında» qanunlara dəyişiklik edilib.
Üstəlik, bununla bağlı «Qaz təchizatı haqqında», «Su təchizatı və tullantı suları haqqında», «Elektroenergetika haqqında», «Yol hərəkəti haqqında» və «Avtomobil yolları haqqında» qanunlara da eyni məzmunda dəyişiklik olunub.

Deputatlardan Qüdrət Həsənquliyev dəyişikliklərin əleyhinə çıxıb. O, deyib ki, «KİV-in əməliyyatla bağlı məlumatı əməliyyat aparan orqanın verdiyi icazə ilə yayması mətbuat azadlığını məhdudlaşdırır. Bunun başqa formasını tapmaq olardı».

Günün bütün mövzuları

XS
SM
MD
LG