Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Azərbaycan Milli Məclisinin oktyabrın 28-də keçirilən iclasında «Dini etiqad azadlığı haqqında» Qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan qurumun ləğvi, dini ekstremizm əleyhinə əməliyyatlar zamanı hüquqi rejim ilə bağlı yeni tələbləri əhatə edir. Eyni zamanda, orada dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək həbsin nəzərdə tutulması öz əksini tapıb.

S.Novruzov bildirib ki, dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin də qarşısını alacaq: «Müstəqillik dövründə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid fəaliyyət göstərir. Bunun da 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200-ü o məscidlərdə çalışır. Bu gün Azərbaycanda, həm Bakı Dövlət Universitetində,həm də İslam Universitetində dini mütəxəssislər yetişdirilir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq».

Layihələr müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG