Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Oktyabrın 29-u Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 6-8, gündüz 9-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir. Gecə 2-7, gündüz 9-14 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG