Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Ermənistan 1 əsgərinin həlak olduğunu bildirir.

Ermənistan müdafiə nazirliyinin məlumatına görə, 20 yaşlı əsgər Qurqen Ayvazyan dünən axşam Dağlıq Qarabağdakı təmas xəttində həlak olub.

Erməni tərəfinin məlumatına görə Azərbaycan ordusu atəşkəsi pozarkən avtomatik qumbaraatan qurğular, həmçinin tank əleyhinə qumbaraatanlardan istifadə edib.

Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan deyir ki, həmsədrlərin regiona səfərinədək demək olar ki, cəbhədə sakitlik idi.

Azərbaycan KİV-ləri isə Ermənistan tərəfinin dversiyaya əl atdığını və itki verərək geri çəkildiyini yazırlar.

Amma Obannisyan bu məlumatları təkzib edir.

Azərbaycanın Müdafiə Nazirliyi isə erməni silahlı bölmələrinin sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG