Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

«Marja» xəbər verir ki, bu gün, oktyabrın 28-də ABŞ dollarını ən baha «Amrahbank» alıb. Bank 1 dolları 1.6850 manata dəyişib.

«Bank of Baku»nun 1 dolları 1.6720, «AtaBank»ın 1.67, «Express Bank»ın 1.67, «Unibank»ın isə 1.66 manata aldığı bildirilir.

Digər banklarda dolların alış kursu 1.62-1.65 manat səviyyələrində dəyişib.

Dolları ən ucuz satan bankların isə «Günaybank» (1.6840), «Azər-Türk Bank» (1.6950), «Nikoil Bank» (1.70), Azərbaycan Sənaye Bankı (1.70) və «Bank Respublika» (1.70) olduğu qeyd edilir.

«Marja»nın xəbərinə görə, «Accessbank», «AFB bank», «Amrahbank» və «Atabank» isə 1 dolları 1.70 manat civarında satır.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, oktyabrın 28-də 1 ABŞ dolları 1.6381 manata bərabərdir.

Son 10 gündə manat dollara nisbətən dəyər itirməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG