Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Rusiya BMT-nin kimyəvi silahdan istifadə haqda hesabatının inandırıcı olmadığını bildirib və buna görə hər-hansı sanksiyanın qoyulmasını rədd edib.

BMT-nin hesabatında Suriya silahlı qüvvələrinin 2013 və 2014-cü illərdə kəndlərə hücumu zamanı 3 dəfə kimyəvi silahdan istifadə etdikləri deyilir. Britaniya və Fransa bu işdə əli olan hər bir şəxsin cəzalandırılmasını, onlara qarşı sanksiyalar qoyulmasını israrla tələb edir.

Oktyabrın 27-də BMT Təhlükəsizlik Şurası hesabatı bağlı qapılar arxasında müzakirə edib. Toplantıdan sonra Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin çıxış edərək, sənəddə heç bir inandırıcı dəlilin olmadığını bildirərək, belə bir sənədə əsasən sanksiya tətbiq etməyin yolverilməz olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG