Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Putin ABŞ seçkilərinə müdaxilə haqda ittihamları rədd edir.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın ABŞ seçki sənədlərinə müdaxiləsi barədə deyilənləri təkzib edib. Putin bildirib ki, ABŞ-ın iddiaları əsassızdır, məqsəd elektoratın fikrini əsas məsələlərdən yayındırmaqdır.

Birləşmiş Ştatlar rus hakerlərinin seçki fayllarını qarışdırdığını, ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışdığını deyirlər.

Oktyabrın 27-də çıxışında Putin bunun qeyri-mümkün olduğunu bildirib, ABŞ-ın rus hakerlərindən ziyan çəkəcək qədər həssas ola biləcəyinə inanmağın absurd olduğunu deyib: «Rusiyanın Amerika xalqının seçiminə təsir edə biləcəyini kim düşünər? Birləşmiş Ştatlar banan respublikası-filandırmı? Birləşmiş Ştatlar çox böyük qüvvədir. Səhv edirəmsə, xahiş edirəm səhvimi düzəldin», - deyə Rusiya prezidenti auditoriyanı güldürüb.

Vladimir Putin bu çıxışını Valday Klubunun toplantısında edib. Bu klubun görüşünü hökumət təşkil edir. Toplantıya xarici ölkələrdən Rusiya üzrə ekspertlər, elm adamları dəvət olunur. Onlar yerli rəsmilər və liderlərlə bağlı qapılar arxasında müzakirələr aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG