Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşəcək


Elmar Məmmədyarov Edvard Nalbandyan

Elmar Məmmədyarov Edvard Nalbandyan

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər. Görüşün ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində baş tuta biləcəyi bildirilir.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Hamburqda münaqişənin həlli ilə bağlı əsas məsələlər istiqamətində vacib danışıqların davam etdirilməsi üçün nazirlərin öz aralarında da görüşməsini səbirsizliklə gözləyirik”, - deyə o, APA-ya bildirib.

Buna da bax:​ E.Məmmədyarov həmsədrlərlə görüşüb

C.Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə belə cavab verib.

“Biz prezidentlər və nazirlərlə mütəmadi kontaktdayıq , istənilən vaxt görüşməyə hazırıq”.

Həmsədrlərin regiona son səfərləri ilə bağlı bəyanatında da Hamburqda iki ölkənin xarici işlər nazirlərinin görüşə biləcəyi qeyd olunub.

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Bu il iyunun 20-də isə Azərbaycan və Ermənistan dövlət başçıları Rusiya prezidenti V. Putinin vasitəçiliyi ilə Sankt-Peterburqda görüşüblər.

Buna da bax:​ Nazirlik Ermənistanı təxribatda günahlandırır

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG