Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Noyabrın 7-də Bakıda Azərbaycan-Monako biznes-forumu keçiriləcək. Biznes-forum İqtisadiyyat nazirliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Bu haqda AZPROMO-nun məlumatında bildirilir.

Tədbirdə Monakonun qida, mebel sənayesi, ticarət, səhiyyə, turizm, loqistika, nəqliyyat, təhsil, alternativ energetika, saat istehsalı, daşınmaz əmlak, bank və sığorta sahələri üzrə sahibkarlar, işgüzar şəxsləri iştirak edəcəklər.

Buna da bax:​ İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2016-cı ilin ilk 3 rübündə Monako ilə Azərbaycan arasında ticarət dövriyyəsi cəmi 41,97 min dollar olub.

Monako Vatikandan sonra dünyanın ikinci ən kiçik müstəqil ölkəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG