Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:51

Büdcə vəsaitlərinin necə xərcləməsi müzakirə edilib


Hesablama Palatası

Hesablama Palatası

Dövlət qurumlarının büdcə vəsaitlərini necə xərcləməsi barədə hesabatlar Hesablama Palatasının kollegiya toplantısında müzakirə edilib.

Bu haqda palatanın oktyabrın 27-də yaydığı məlumatında bildirilir.

Məlumata görə, dövlət büdcəsindən Tovuz, Abşeron rayon icra hakimiyyətlərinə, Quba rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər gözdən keçirilib. Eləcə də Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin gəlir və xərcləri barədə hesabatlar, təhsil müəssisələrinin ərzaqla təminat məsələlərinə nəzər yetirilib.

Buna da bax:​ Sərmayələrdə kredit payı artır

Palata üzvləri Vergilər nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində qanunvericiliyə riayət edilməsi, Dövlət İnvestisiya Proqramının icrası üzrə hesabatı da müzakirə ediblər.

Kollegiya hesabatları təsdiqləyib. Audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Bu hesabatların detalları, hələlik, açıqlanmır.

Hesablama Palatası büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə müntəzəm bilgi verilir.

Buna da bax:​ Yeni qərar: 3 idarə ləğv edilir, 4-ü birləşdirilir

Palata son aylarda apardığı auditlər nəticəsində ayrı-ayrı dövlət qurumlarında büdcə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verilməsi faktlarının aşkar olunması barədə dəfələrlə bilgi yayıb.

Palata belə faktlarla bağlı Milli Məclisə hesabat verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG