Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Oktyabrın 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs barədə təqdimat keçirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni qurumun fəaliyyət istiqamətləri haqda danışıb. «ABAD mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması, eləcə də kiçik və orta sahibkarların dəstəklənməsi üçün sosialyönümlü layihələr həyata keçirəcək. Bu layihələr öz ailə təsərrüfatlarını formalaşdırmaq üçün potensialları olan aztəminatlı ailələri də əhatə edəcək», - deyə nazir bildirib.

ABAD publik hüquqi şəxs prezident İlham Əliyevin bu il aprelin 7-də verdiyi sərəncama əsasən yaradılıb.

Sənədə əsasən, bu məqsədlə 6 mln. manat ayrılıb. Onların hesabına 1400 ailənin məşğulluğu təmin edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG