Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Varlı işadamı, Çiçəklənən Ermənistan Partiyasının (BHK) yaradıcısı və keçmiş lideri Gagik Tsarukian siyasətə qayıdacağına eyham vurub.

G.Tsarukian siyasi fəaliyyətinə 2015-ci ildə hökumətin təzyiqindən sonra xitam vermişdi.

Oktyabrın 26-da o, Yerevanda beynəlxalq iqtisadi sərgidə olarkən deyib ki, siyasətdən qan tökülməsinin qarşısını almaqdan ötrü gedib. G.Tsarukian bildirib ki, o və tərəfdarları rejimin dəyişməsində israrlı olsaydılar, ölkə ciddi qarşıdurmalarla üzləşərdi.

G.Tsarukian bu gün ehtiyacı olmasa da, bağladığı səhifəni açmağa hazır olduğunu söyləyib.

BHK-nın indiki lideri Naira Zohrabian və bəzi başqa siyasətçilər G.Tsarukian-ı seçkilərdən əvvəl siyasətə qayıtmağa çağırıb, bunun «ictimai tələb» olduğunu deyiblər. Ermənistanda parlament seçkiləri gələn ilin aprelində keçirilməlidir.

Keçən il Ermənistan prezidenti Serzh Sarkisian G.Tsarukian-ı «bəla» adlandırmış, «Ermənistan siyasətində ona yer olmamalıdır», - demişdi. Ancaq son zamanlar bu iki siyasətçi tez-tez bir yerdə görünür. G.Tsarukian Ermənistan Milli Olimpiya Komitəsinin sədri olduğundan Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarını Sarkisian-la birgə izləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG