Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Azərbaycanda sürüşmələrin baş verdiyi avtomobil yollarının əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib.

«Trend»in xəbərinə görə, bunu AMEA Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayev bildirib ki, Quba-Xaçmaz, Şamaxı-İsmayıllıda avtomobil yollarının çəkilişində böyük səhvlərə yol verilib: «Bütün sürüşmələrin çoxu avtomobil yollarının kənarında baş verir. Çünki yolların çoxu meşə sahələrindən, sürüşməyə meylli ərazilərdən salınıb. Heç birində də istinad divarı yoxdur. Bu isə ərazilərdə sürüşmələri daha da gücləndirib».

N.Paşayev deyib ki, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Quba-Xınalıq, Quba-Qəçrəş yolunda, Ağsu aşırımında davamlı olaraq sürüşmə gedir. Ağsu aşırımının kənarında tullantı sularının axıdılması nəticəsində orada süxurlar daim yaş olur. «Yağıntılar isə bunu daha da artırır. Digər tərəfdən, Ağsu aşırımına ağır tonnajlı maşınların buraxılmasına icazə yoxdur. Amma həmin yola bu tip avtomobillər buraxılır. Buna görə də Ağsu aşırımı mütəmadi sürüşməyə məruz qalır», - deyə N.Paşayev qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG