Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

BMT Rusiyanı uşaqların qətlində günahlandırır


BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası

BMT Rusiyaya qarşı sərt ittihamlarla çıxış edib, onu Suriyada onlarla uşağın qətlində günahlandırıb. UNICEF və bəzi monitorinq qruplarının oktyabrın 26-da yaydıqları məlumatda deyilir ki, Rusiya və Suriya qüvvələri təkcə İdlib vilayətində 22 uşağı, 6 məktəb müəllimini öldürüblər. UNICEF-in direktoru Anthony Lake deyib ki, Haas adlı kənddə məktəb ərazisi dəfələrlə bombalanıb: «Bu, faciədir, zorakılıqdır. Götür-qoy etsək, bu, müharibə cinayətidir».

Sosial mediada Suriyada bir uşağın qolunun dirsəkdən yuxarısının yandığını göstərən fotolar yayılıb. «Dünya buna nifrətini nə vaxt bildirəcək, bu vəhşiliyə son qoyulmasına nə vaxt israr edəcək?», - deyə Lake sual verib.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin də görüntünün dəhşətli olduğunu bildirib. «Ümid edirəm ki, bu bizim işimiz deyil», - deyərək Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayacağını, məsələni araşdıracağını söyləyib.

BMT Təhlükəsizlik Şurasının iclasında isə təşkilatın humanitar məsələlər üzrə rəhbəri Stephen O'Brien Rusiya və Suriyanı Hələbə qarşı aclıq taktikasından istifadə etməkdə, şəhəri «qətl zonası»na çevirməkdə günahlandırıb. O, bir şəhərdə bir aydan da az vaxtda 400 adamın öldürülməsinin «dəhşətli faciə» olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG