Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılardan 206-nın dəfn edildiyi yerin Moldovada aşkar edildiyi bildirilir.

Bu haqda Respublika Veteranlar Təşkilatının məlumatında bildirilir.

APA xəbər verir ki, bu Azərbaycanın Moldovadakı səfirliyinin iştirakı ilə aparılan araşdırmalar nəticəsində müəyyən edilib.

İtkin düşmüş hesab olunan azərbaycanlılardan 206 nəfərin kimliyi, təvəllüdü, rütbələri, hərbi xidmətə çağrıldıqları tarixlər, məntəqələr və dəfn yerləri müəyyən olunub. Həmin şəxslərlə bağlı sənədlərinin saxlandığı arxivlər də dəqiqləşdirilib.

Buna da bax:​ Arxiv açıldı, əfsanə puça çıxdı

Həmin azərbaycanlıların 223-cü milli atıcı diviziyanın üzvləri olduğu ehtimal edilir.

Məzarları aşkar edilmiş azərbaycanlıların adları barədə bilgi verilmir.

223-cü milli atıcı diviziya 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya (Serbiya və daha bir neçə ölkəyə parçalanıb), Macarıstan və Avstriyanın paytaxtı Vyanaya qədər döyüşüb.

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG