Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Almaniya “erməni soyqırımı”na həsr olunmuş konserti təxirə saldı


Frank-Walter Steinmeier

Frank-Walter Steinmeier

Almaniya “erməni soyqırımı”na həsr olunmuş konserti təxirə salıb.

Dreezden simfonik orkestrinin konserti noyabrın 13-də Almaniyanın İstanbuldakı konsulluğunda keçirilməli imiş.

Bu barədə Türkiyən “Daily Sabah” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 2-də Osmanlı imperiyası dövründə ermənilərin “soqyırım”a məruz qalmasını tanıyan qərar qəbul edib.

Türkiyə həmin vaxt buna görə Almaniyadakı səfirini geri çağırdı.

Ermənistan həmin dövrdə 1 milyon yarım erməninin qətlə yetirildiyini iddia edir.

Türkiyə isə bu rəqəmin qat-qat şişirdildiyini və həmin dövrdə baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG