Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

“Keçmiş dövlət katibi və Demokrat partiyasından prezidentliyə namizəd Hillary Clintonun Suriya planı 3-cü dünya müharibəsinə aparır”.

Bunu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd, Hillary Clintonun rəqibi Donald Trum deyib.

“Biz indi diqqəti Suriyaya yox, “İslam Dövləti” qrupu ilə mübarizəyə yönəltməliyik. Suriya prezidenti Başar Asad, “İslam Dövləti”dən sonra mənim üçün ikinci məsələdir”,deyə o bildirib.

Trump deyib ki, əgər Hillary Clintona qulaq assanız, 3-cü dünya müharibəsinə girəcəksiz.

Reuters burda qeyd edir ki, Hillary Clinton Suriyada uçuşsuz və təhlükəsiz zona yaratmağa çağırır.

Və bir sıra analitiklər hesab edir ki, bu ABŞ-ı Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər.

Trump deyib ki, Yaxın Şərq qarşıdurmasına çoxlu ölkələr cəlb olunub. “Siz artıq Suriya ilə müharibə aparmırsız, Suriya, İran və Rusiya ilə vuruşursuz. Rusiya bu ölkələrdən fərqli olaraq nüvə dövlətidir”, deyə o bildirib.

Trump həmçinin qeyd edib ki, Hillary Clinton seçkiqabağı kampaniyalar zamanı Putini kəskin tənqid etdiyinə görə, çətin ki, onunla danışıqlar apara bilsin.

Donald Trump öz partiyasındakı rəqiblərini də tənqid edib.”Əgər bizim partiyada birlik olsaydı, Hillari Klintona heç vaxt uduzmazdıq”, deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG