Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Messenger-də PayPal-la ödəmə dövrü başlayır


Facebook-un yaradıcısı Mark Zuckerberg

Facebook-un yaradıcısı Mark Zuckerberg

Facebook müştərilərin Messenger-dən alış-verişini asanlaşdırmaqdan ötrü yeni bir addım atıb.

İndən belə Messenger-dən sifariş verən müştərilər ödəmə üsulu kimi PayPal-dan faydalana biləcəklər.

PayPal ödəmə seçimindən yararlanmaq üçün istifadəçilər PayPal hesablarını Facebook hesablarına birləşdirməlidirlər.

Müştərilər ödəmə etdikdə onlara bildiriş göndəriləcək. Bu yolla onlar hesablarını idarə edə biləcəklər.

Xidmət əvvəlcə ABŞ-da yaşayan istifadəçilərə əlçatan olacaq. PayPal-la ödəmə seçiminin bu ilin sonuna qədər bütün istifadəçilər üçün aktivləşəcəyi gözlənilir.

XS
SM
MD
LG