Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Qusar rayonunda sürüşmə sahələrinin aktivləşdiyi bildirilir.

«Report»un xəbərinə görə, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində 200 metr uzunluğunda yarğan əmələ gəldiyi bildirilir. Xəbərdə qeyd edilir ki, sürüşmə zonasında yerləşən 16 evdən 15-nin sakinləri həmin ərazilərdən köçürülüb.

Son günlər yağan intensiv yağışlar İsmayıllı rayonunda da oxşar vəziyyət yaratmışdı. Rayonun Sədiyan kəndində sürüşmədən sonra uçan bir evin sakinləri oradan köçürülmüşdülər.

Hələlik, həmin ailələrə nə qədər kompensasiya veriləcəyi açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG