Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Bakıdakı «Çudo Peçka» mağazalarından birinin işçilərinin polisə şikayət etdikləri bildirilir.

«Report»un xəbərinə görə, işçilər maaşlarının verilməməsindən şikayətləniblər.

Xəbərdə qeyd edilir ki, Cəfər Xəndan küçəsində yerləşən «Çudo Peçka» mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, üç aydır maaşlarının verilmədiyini bildiriblər.

Mağaza təmsilçisinin polis idarəsinə çağırılıb, ondan izahat alındığı qeyd edilir.

Saytın bildirməsinə görə, təmsilçi işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini deyib.

Ancaq məsələyə mağaza rəhbərliyinin münasibətini, hələlik, ayrılıqda almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG