Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Qanunsuz ova görə 163 min manat cərimə


Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin 10 ayı ərzində qanunsuz ov hallarının aradan qaldırılması ilə bağlı keçirilən reydlər haqda açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanıb: «Onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb. Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz, Quba inzibati rayonlarının ərazisində və «Ağgöl» Milli Parkında qadağan olunmuş alətlərlə qanunsuz ov edən 16 əcnəbi (Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Pakistan, İraq və Suriya vətəndaşı) saxlanıb».

Açıqlamaya görə, ümumilikdə 144 nəfər inzibati qaydada 162 min 600 manat cərimə edilib. 9 nəfər şəxs barəsində isə polis şöbələrinə müraciət olunub.

Açıqlamada qeyd edilir ki, qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

XS
SM
MD
LG