Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Oktyabrın 25-i Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan «Neftçi»–«Qarabağ» matçında insident yaşanıb.

APA-nın xəbərinə görə, matçın 90-cı dəqiqəsində «Qarabağ»ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olub. Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən «Neftçi»nin rumıniyalı hücumçusu Cătălin Țîră hücum çəkib və iki-üç dəfə zərbə endirib. Rumıniyalı hücumçunun bu hərəkətini baş hakim Ramil Diniyev qırmızı kartla cəzalandırılıb.

İnsidentlə bağlı meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev açıqlama verib. «CBC Sport» telekanalına danışan mütəxəssis oyunçunun hərəkətini şiddətlə qınadığını bildirib.

«Futbol meydanı boks rinqi deyil, onu çox ciddi cəza gəzləyir. İndi burda açıqlamaq istəmirəm, ancaq özünüz zamanında şahidi olacaqsınız. Ola bilsin ki, klubdan qovulsun», – deyə baş məşqçi bildirib.

«Neftçi»nin meydanında keçirilən oyun «Qarabağ»ın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG