Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Demokratların ABŞ prezidentliyinə namizədi Hillary Clinton-un Suriya planı qəbul edilsə, Rusiyayla ciddi qarşıdurmaya, hətta 3-cü Dünya müharibəsinə səbəb ola bilər.

Bunu respublikaçıların namizədi Donald Trump deyib.

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru James Clapper də eyni fikri söyləyib. Clapper bildirib ki, onlar Suriya ərazisində qeyri-uçuş zonasının yaradılmasında israr edərlərsə, Rusiya ABŞ tərəfdən təhlükə hiss edərsə, onun təyyarələrini vurmaqdan çəkinməz. O deyib ki, Rusiya Suriyaya güclü havadan müdafiə sistemi yerləşdirib və bu sistemdən istifadə etməyə bilməz.

Clinton-un da tərəfdar olduğu qeyri-uçuş zonası barədə təklifi Obama administrasiyası Rusiyayla qarşıdurmaya getməməkdən ötrü qəbul etməyib.

Bu təklifin tərəfdarı təkcə Clinton deyil. Trump-ın həmkarı, respublikaçıların vitse-prezidentliyə namizədi Mike Pence də belə yanaşma ilə çıxış edib. Amma Trump oktyabrın 25-də «Reuters» agentliyinə müsahibəsində deyib ki, «Clinton-a qulaq assanız, 3-cü Dünya müharibəsinin şahidi olacaqsınız».

«Siz daha Suriyayla vuruşmursunuz. Siz Suriya, Rusiya və İranla döyüşürsünüz. Rusiya isə nüvə ölkəsidir və bu ölkədə nüvə silahları ona qarşı çıxan ölkələrə doğru çevrilir», - Donald Trump deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG