Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun apelyasiya şikayəti icraata götürülüb.

Bu haqda onun vəkili Bəhruz Bayramov xəbər verib.

Vəkilin bildirdiyinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayət Şirvan Apelyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun icraatına verilib.

Buna da bax:​ Rüfət Səfərovun hüquqlarının müdafiəsi komitəsi yaranıb

Şikayət üzrə məhkəmə prosesi oktyabrın 31-də başlayacaq.

Rüfət Səfərov ötən ilin dekabrında ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Ardınca Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı.

Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Buna da bax: Eldar Sabiroğlu: 'Rüfət Səfərovun saxlanma şəraiti dözülməzdir'

Bu il sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərovu 9 il azadlıqdan məhrum edib.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG