Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Yeddi il öncə yaranmış "Kitabsevərlər qrupu" İctimai Birliyə çevrilir


"Kitabsevərlər qrupu"nun üzvləri kitab təqdimatında.

"Kitabsevərlər qrupu"nun üzvləri kitab təqdimatında.

-

Oktyabrın 23-də 13-cü kitabının təqdimatını keçirən “Kitabsevərlər” qrupu yeni formatda fəaliyyətini davam etdirəcəyini elan edib. İdarəçilər qrupun bundan sonra "Kitabsevərlər" İctimai Birliyi (KİB) adlanacağını, rəsmi qeydiyyat üçün müvafiq qurumlara müraciət edəcəklərini bildiriblər. KİB-dən Oxu Zalına deyiblər ki, qeydiyyat üçün hüquqi prosedurlara artıq başlanıb. "Kitabsevərlər" ictimai birlik formatının həvəskar təşəbbüslə gerçəkləşdirilməsi mümkün olmayan layihələri reallaşdırmaq üçün əlverişli olacağına ümidvardırlar. Bundan başqa "Kitabsevərlər" adlı ədəbi jurnalın da təsisi planlar çərçivəsindədir.

Buna da bax: "Ölkədə oxucu az deyil, sadəcə, onları bir yerə toplamaq lazımdır"

Kitabsevərlər qrupunun emblemi.

Kitabsevərlər qrupunun emblemi.

Məlumat üçün bildirək ki, təqribən 7 il əvvəl yaradılan "Kitabsevərlər" qrupu bir müddət "Facebook" sosial şəbəkəsində virtual fəaliyyət göstərsə də 3 ildir ki, əməli fəaliyyətə keçib. Öncə gənc yazarların hekayələrindən ibarət "İz" kitabıyla çıxış edən qurum daha sonra uşaq ədəbiyyatı nümunələri, antologiya və tərcümələrdən ibarət 12 kitab ərsəyə gətirib. Bundan əlavə, qrup üzvləri mütəmadi olaraq müxtəlif bədii əsərlərin müzakirəsini təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG