Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Daxili işlər naziri Ramil Usubovun Ayxan Bağırovu Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə rəis təyin etdiyi bildirilir.

APA-nın xəbərinə görə, A.Bağırov yeni postunda 41-ci polis bölməsinə rəis təyin olunan Urxan Şirinovu əvəz edib.

A.Bağırov özü isə 2014-cü il dekabrın 15-də Bakı şəhər Baş Polis İdarəsində Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb.

Buna da bax: Ramil Usubov islahatlardan danışdı

Onu vəzifəsindən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov uzaqlaşdırmışdı. Bu o vaxt onun işində ciddi nöqsanların baş verməsi ilə izah edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG