Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Christopher Marlowe Şekspirin kitablarında həmmüəllifi kimi göstəriləcək


İngilis şair və dramaturq Christopher Marlowe.

İngilis şair və dramaturq Christopher Marlowe.

-

İngilstərənin Oxford Universitetinin nəşriyyatı "Henry VI" dramını üç cilddə yenidən nəşr edəcək. Ancaq bu dəfə gözlənilən kimi kitabın müəllifi kimi təkcə William Shakespeare-nin adı yox həm də dünyada adı az eşidilmiş ingilis dramaturq Christopher Marlowe-nin də adı göstəriləcək.

Beş ölkədən olan 23 elm adamının uzunmüddətli araşdırması zamanı, Shakespeare-nin əsərlərinin keçmiş nüsxələri nəzərdən keçirilib, mətnlər üzərində 21-ci əsrə aid kompyuter analizləri aparılıb və alimlər belə qərara gəliblər ki, William Shakespeare öz pyeslərini yazmaq üçün bizə məlum olandan qat-qat çox başqa yazıçılarla əməkdaşlıq edib.

Buna da bax: Şekspirin ilk 3 soneti və onların izahı

Shakespearenin 1623-cü ildə çap olunan kitabındakı portreti.

Shakespearenin 1623-cü ildə çap olunan kitabındakı portreti.

Araşdırma qrupunun üzvü Florida Univerisitetində çalışan alim Gary Taylor "Guardian" qəzetinə deyib ki: "Ənənəvi mühafizəkar düşüncəyə görə Shakespear ümumiyyətlə əsərlərini yazakən heç kimin köməyindən istifadə etməyib. Ancaq 1986-cı ildə Oxford Univerisiteti nəşriyyatı yazıçının əsərlərinin yeni cildlərini çap edərkən təklif olunmuşdu ki onun yeddi pyesinin başqa həmmüəllflərlə birgə yazıldığı göstərilsin. 1986-cı ildən bəri bizim apardığımız tədqiqatlar, texniki analizlər və əldə etdiyimiz resurslar bu şübhəni tamamilə təsdiqlədi, məlum oldu ki, Shakespear yaradıcılığı bir qrupun birgə fəaliyyəti nəticəsində ortaya çıxıb. Əgər 1986-cı ildə məşhur dramaturqun 39 pyesindən 8-inin həmmüəlliflərlə yazıldığı bilinirdisə, 2016-cı ildə artıq müəllifin bilinən pyeslərinin sayı 44 idi və onların 17-sinin başqa yazıçı və dramaturqlarla birgə yazıldığı sübut olunub".

Christopher Marlowe ingilis şairi və dramaturqudur. Onun ən məşhur əsəri "Doktor Faust" faciəsidir. Marlowe-nin Shakespeare-nin həmmüəllifi olduğu haqda söz-söhbət XVIII əsrdən bəri məlumdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG