Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Prezident İlham Əliyev oktyabrın 25-də Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Xəbərdə bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib. Prezidentin Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığını vurğuladığı qeyd edilir.

Müzakirələr zamanı münaqişənin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu diqqət mərkəzində olub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Hazırda münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

Herbert Salber oktyabrın 25-də Bakıya gəlib.

Onun səfəri üç gün davam edəcək. O, Bakıda prezidentdən başqa bir sıra rəsmi şəxslərlə də görüşməlidir.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG