Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:12

Rusiya "Türk axını" kəmərinin ikinci xətti üçün Avropadan yazılı təminat istəyir


Sergei Lavrov

Sergei Lavrov

“Rusiya “Türk axını” kəmərinin ikinci xəttini yalnız, Avropa Birliyindən layihənin reallaşması ilə bağlı yazılı təminat aldıqdan sonra uzadacaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov oktyabrın 25-də Avropa Biznes Asosiasiyası ilə görüşdə deyib.

Söhbət kəmərin gələcəkdə Türkiyədən Avropa Birliyinədək uzadılmasından gedir.

Lavrov qeyd edib ki, mütəxəssislər hesab edir ki, Avropa Birliyi ölkələri yaxın gələcəkdə Rusiyanın enerji daşıyıcıları olmadan çətin keçinəcək.

Artıq 2018-ci ildən kəmərin dənizədn keçən hissəsinin tikintisinə başlanacaq.

2019-cu ildən isə kəmərlə ilk qazın ixracı gözlənilir.

Rusiyanın energetika naziri Aleksandr Novak Türkiyə ilə imzalanan hökumətlərarası müqavilədən sonra bildirib ki, kəmərin dənizdən keçən bütün hissəsini “Qazprom” şirkəti, qurudan keçən hissəsini isə Türkiyənin “Botaş” şirkəti tikəcək.

Nazirin sözlərinə görə, “Türk axını”nın Avropa bazarı üçün nəzərdə tutulan 2-ci hissəsinin tikintisi üçün isə birgə Rusiya-Türkiyə müəssisəsi yaradılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG