Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Pakistanda silahlı dəstə polis akademiyasına hücum edib, 60-a yaxın kursantı öldürüb, 100-dən çoxunu yaralayıb.

Pakistanın səhiyyə idarəsi yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirir.

Yaraqlılar akademiyaya hücum edərkən qarşılarına çıxanı güllələyib, həm də öz üzərilərindəki partlayıcıları işə salıblar.

Hücum gecə başladığından kursantların çoxu yatırmış.

Terrorçulara qarşı yerli vaxtla səhər saat 4-ə qədər əməliyyat aparılıb.

Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Pakistanın Polis Akademiyasına bundan əvvəl də iki dəfə--2006 və 2008-ci illərdə hücum olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG