Keçid linkləri

Təcili xəbərlər

Bermud üçbucağı fenomeninin daha bir izahı


"Science Channel" kanalında efirə getmiş reportajda bildirilir ki, bir qrup amerikalı meteoroloq Atlantik okeanı üzərindəki səmada qeyri-adi heksaqonal (altıbucaqlı) buludlar aşkar edib. Bu buludların məşhur Bermud üçbucağı fenomeninin izahı olduğu ehtimal edilir. Buludlar Florida, Bermud adaları və Puerto-Riko arasındakı 500 min kvadrat kilometrlik ərazinin üzərində aşkarlanıb. Bermud üçbucağı izahı olmayan çoxsaylı qəzalarla tanınır.

Anomal buludlar aşağıya doğru hərəkət edən çox güclü küləklərə yol açır. Bu küləklər okeanın səthinə vuraraq hündürlüyü 40 metrə çatan nəhəng dalğalar yaradır.

Kolorado ştatının universitetindən meteoroloq Steve Miller deyir ki, bu ərazini təhlükəli yerə çevirən hava anomaliyaları ola bilər. Sözügedən altıbucaqlı buludlar peyklərdən çəkilmiş fotolarda görünür. Onların mahiyyəti hələlik sirr olaraq qalır. Bir ehtimala görə bu qeyri-adi buludlar havanın mikrotəzyiqi nəticəsində yaranır. Belə mikrotəzyiqləri alimlər bomba zərbəsi ilə müqayisə edirlər.

Anomal buludlar aşağıya doğru hərəkət edən çox güclü küləklərə yol açır. Bu küləklər okeanın səthinə vuraraq hündürlüyü 40 metrə çatan nəhəng dalğalar yaradır. Bu dalğalarsa istənilən gəmini batırmağa qadirdir. Bundan başqa, bu bululdar çox güclü turbulentlik yaradaraq təyyarlərin qəzaya uğramasına səbəb ola bilir.

Alimlər qeyd edirlər ki, adətən buludlarda düzgün həndəsi fiqurlar və xətlər müşahidə olunmur. Ancaq, görünür, Bermud üçbucağı istisnadır. İndi meteoroloqlar belə anomaliyaların yaranması səbəblərini aşkar etmək üzərində işləyirlər.

Ən son yazılan

XS
SM
MD
LG