Keçid linkləri

Təcili xəbərlər

Smartfon xərçəng diaqnostikası üçün istifadə edilə bilər


ABŞ-ın Washington State Universitetinin mütəxəssisləri xərçəngin diaqnostikası üçün portativ laboratoriya işləyib hazırlayıblar. Smartfona qoşularaq işləyən sistem xərçəngi 99% dəqiqliklə müəyyən edir.

Qurğu qanın rəng spektrini müəyyən edir və onun tərkibindəki maddələrin sayını və növünü təyin edir.

Dosent Lei Li-nin sözlərinə görə, portativ laboratoriya IL-6 (interleykin) onkoloji biomarkerinin təyin olunmasına köklənib. Bu biomarker qanda ağciyər, prostat, qaraciyər, süd vəziləri və dəri xərçənginin yaranması zamanı görünür. O həm də orqanizmin immun cavabını stimullaşdırır.

Qurğu qanın rəng spektrini müəyyən edir və onun tərkibindəki maddələrin sayını və növünü təyin edir.

Sistemə səkkizkanallı spektrometr daxildir. Ona görə də o, bir neçə testdə səkkiz fərqli nümunənin analizini apara bilir. Adi spektrometrlər müəyyən vaxt ərzində yalnız bir nümunəni analiz etməyə qadirdir. Qurğunun müəllifləri deyirlər ki, o, bahalı avadanlıq ala bilmləyən klinikalar üçün bütöv bir araşdırma laboratoriyasını əvəz edə bilər.

Buna da bax: Zukerberq Trampa qarşı senzuranı qadağan edib

Hələlik alimlər bu sistemin yalnız iPhone 5-lə uyğunluğunu yoxlayıblar. Ancaq bu texnologiyanı yaxşı kamerası olan başqa smartfonlara da yaymaq mümkün olacaq. Yeni laboratoriyanın qiyməti barədə məlumat verilmir. Ancaq o, professional spektromentrlərlə müqayisədə ucuzdur.

XS
SM
MD
LG