Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Yerevanda prezident aparatının qarşısında etiraz aksiyası keçirilib


Foto arxiv

Foto arxiv

Yerevanın Sari Tax məhəlləsinin sakinləri oktyabrın 24-də yenidən prezident aparatının qarşısında etiraz aksiyası keçiriblər.

Prezident Serzh Sarkisian həmin vaxt iqamətgahında Malta şahzadəsini qəbul edirmiş.

Amma polis onların qarşısında sədd qurduğundan plakat və şüarlar görsənməyib.

Aksiyaşılar iyulun 19-da Sari Taxda keçirilən etiraz aksiyaları zamanı polislə toqquşmalarda həbs edilən qohumlarının azad olunmalarını tələb ediblər.

Onlardan birinin həyat yoldaşı Narina Kazaryan deyir ki, həmin vaxt toqquşmanı polis qızışdırıb.

Sakinlər həmçinin məhkəmənin gedişindən narazıdırlar.

İşlə bağlı növbəti məhkəmə prosesi noyabrın 8-də olacaq.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də Yerevandakı polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası və müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Bu qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub.

Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG