Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:02

Bakıda ABŞ-dakı prezident seçkilərindən danışırlar


ABŞ-da prezident seçkiləri

ABŞ-da prezident seçkiləri

Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan mütəxəssislər Ceyms ThurberKlaudia Thurber bu gün oktyabrın 24-dən 28-nə kimi Bakıda prezident seçkiləri haqqında təqdimat və məruzələrlə çıxış edirlər.

Onları ABŞ səfirliyi dəvət edib.

Bu gün, oktyabrın 24-də onlar artıq Xəzər Universitetində çıxış ediblər.

Oktyabrın 26-da mütəxəssislərin Bakı Dövlət Universitetində görüşü planlaşdırılıb. Oktyabrın 27-də isə Dövlət İdarəçiliyi Akademiyasında və ADA Universitetində çıxışlar etməlidirlər.

Sonuncu görüş oktyabrın 28-də Bakı Amerika Mərkəzində keçiriləcək və ictimaiyyətə açıq olacaq.

Ceyms Thurber və Klaudia Thurber ABŞ-da siyasi proseslərin monitorinqi üzrə mütəxəssislərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG