Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

“Rusiya ABŞ-ın sanksiyalarına qarşı qeyri-simmetrik tədbirlərlə cavab verəcək”.

“RİA Novosti” nin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib.

“Biz bu müddət ərzində müəyyən təhqiqat aparmışıq və məhz qeyri-simmetrik qaydada tədbiq oluna bilən bir sıra tədbirlər hazırlamışıq”, deyə o bildirib.

Ryabkov qeyd edib ki, bu addım uzun müddətdir ki, ABŞ-ın Rusiyaya qarşı davam edən sanksiyalar fonunda baş verir.

Almaniyanın xarici işlər naziri bundan əvvəl bildirib ki, Rusiyaya qarşı sanksiyalara görə Suriya danışıqları pisləşə bilər.

Qeyd edək ki, 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə ABŞ və Avropa Birliyi ölkələri Rusiyaya qarşı bie sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG