Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Ukraynada Leninin sonuncu heykəli də götürüldü.

Bu barədə oktyabrın 24-də “Espresso” kanalı məlumat yayıb.

Heykəl Novqorod-Severskiy şəhərində idi.

Heykəl satışa çıxarılacaq və əgər alan olmasa doğranacaq.

Ukrayna parlamentinin 2015-ci ilin yazında qəbul etdiyi qanunda keçmiş kommunist rejimindən miras qalan liderlərin abidələri və bu dövrə aid simvolların yığışdırılması nəzərdə tutulur.

Ukraynanın baş nazir müavini Vyaçeslav Kirilenkonun yayın ortalarında verdiyi məlumata görə, həmin vaxtadək ölkədə Leninin mindən çox abidəsi götürülüb, elə təxminən bir o qədər abidəsi isə qalır.

Bu abidənin sonuncu olması hələ ki, rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG