Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:40

Antalya film festivalının qalibi "Mavi velosiped" olub


53-cü Antayla film festivalının qalibləri.
53-cü Antayla film festivalının qalibləri.

-

53-cü Antalya Film Festivalının qalibləri dünən elan olunub. Festivalın Türkiyə filmləri bölümündə Ümüt Körekenin "Mavi velosiped" filmi "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" və "Ən yaxşı ssenari" nominasiyalarında qalib olub.

Festivalın beynəlxalq bölümündə yarışan Yeşim Ustaoğlunun “Tərəddüt” filmi isə "Ən yaxşı film", "Ən yaxşı rejissor" nominasiyalarında qalib olub.

Festivalda həmçinin iranlı rejissor Asgar Farhadi və amerikalı aktyor Harvey Keitel "Həyat boyu uğur" mükafatına layiq görülüb.

Buna da bax: Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın

"Ən yaxşı kişi aktyor" mükafatını suriyalılara hədiyyə edib

Antalya Film Festivalında "Atamın qanadaları" filminin baş rol ifaçısı Menderes Samancılar ən yaxşı kişi aktyoru nominasiyasında qalib olub. "Ölkəmizdəki xaosları, çətinlikləri bilirik. Çətin günlərdən keçiririk. Öz dərdlərimiz özümüzə bəs edir, amma qonşularımızın da halını acıyırıq. Ona görə də mükafatımı uşaqları sahillərə səpələnmiş, ölkəsi parçalanmış suriyalı dostlarım üçün qaldırıram". - deyə aktyor öz nitqində bildirib.

"Mavi velosiped"də dünyaya bir uşağın gözündən baxılır

"Mavi velosiped" filmi İran filmləri stilində çəkilib və dünyaya uşaqların gözü ilə baxılır. Film öz adını məktəbli oğlanın dərsdən sonra işlədiyi yerdən yığdığı pulla özünə almaq istədiyi mavi rəngli velosipeddən götürüb. Film Anadolunun əyalətlərindən birində yaşayan Ali adlı uşağın böyüklərin dünyasında qarşılaşdığı ədalətsizliyin qarşısını almaq üçün yollar axtarmasından bəhs edir. Filmin ssenari müəllifləri Ümüt Körekenlə arvadı Nursen Çetin Körekendir.

"Mavi velosiped" filminin treyleri.

.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

"Tərəddüt" filmi fərqli qadınların cinsi həyatından bəhs edir

Dünya üzrə premyerası 41-ci Toronto Film Festivalında baş tutmuş Yeşim Ustaoğlunun çəkdiyi "Tərəddüt" filmi türk cəmiyyətində yaşayan iki qadın Elmasla Şehnazın fərqli cinsi həyatlarından bəhs edir. Elmas erkən yaşda özündən yaşca böyük kişiyə ərə verilib və cinsi həyatından heç razı deyil. Şehnaz isə azad qadındır, psixiatr kimi çalışır, öz gəliri var və sevgilisi ilə yaşadığı cinsi həyatından razıdır. Filmdə bu iki obraz həyatın bir nöqtəsində qarşılaşır və bir-birinin həyatı ilə tanış olur.

"Tərəddüt" filminin treyleri.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG