Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Hələ yazılmamış kitaba görə yüz min dollarlıq mükafat təsis edildi


"Nine dots" mükafatının simvolu.
"Nine dots" mükafatının simvolu.

-

İngiltərədə yeni təsis olunmuş ədəbi mükafatın miqdarı 100,000$ (82,000£) təşkil edir. Bu miqdarı 30,000 funt sterlinq olan nüfuzlu Baillie Gifford və 50,000 funt sterlinqlik Man Bookeri kölgədə qoyur. Ancaq "Nine Dots" ("Doqquz nöqtə") adlandırılan mükafat başqa mükafatlardan çox fərqlidir, onun əsas şərti budur ki, mükafat alacaq əsər hələ yazılmamış əsər olmalıdır.

"Nine dots" mükafatı öz saytında bir sual qoyur: "Rəqəmsal texnologiyalar siyasətlə məşğul olmağı mümkünsüz edirmi?" və tanınmış ya da yeni yazmağa başlayan yazıçılardan bu suala 3000 sözlük bir cavab tələb edir. Bu suala cavabıyla yazıçılar sübut etməlidir ki, yazacaqları qısa kitabda arqumentlərini ətraflı izah edə biləcəklər. Mükafat 12 nəfərlik elm adamı, yazıçı və jurnalistdən ibarət 12 nəfərlik münsiflər heyyəti tərəfindən müəlliflərin adları göstərilmədən oxunub dəyərləndiriləcək. Cavabları dəyərləndirənlər arasında Cambridge Universiteinin nəşriyyatının nümayəndələri də olacaq.

Buna da bax: Mükafat və puldan prinsiplərinə görə imtina ediblər

Mükafat Kadas mükafat fondu tərəfindən maliyyələşdirilib, fond "bugünki dünyanın mühüm ancaq etinasız yanaşılan problemləri"nin tədqiqinə yardımçı olan xeyriyyə təşkilatıdır. Təşkilatçılar bu müsabiqənin "yenilikçi düşüncəyə cəsarət verəcəyinə" ümüd edirlər.

Müsabiqə hər iki ildən bir keçiriləcək və hər dəfə yeni sual qoyulacaq. Müsabiqəyə müraciət etmək üçün son tarix 31 yanvar 2017-ci ildə bitir, nəticələr isə həmin ilin may ayında açıqlanacaq. Müsabiqənin qalibi Cambirdge Universitetinin nəşriyyatıyla müqaviə bağlayıb onlar üçün 25000-lə 40000 söz arası bir kitab yazmağa razılaşacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG