Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

Fransa polisi miqrantların düşərgəsini təmizləməkdən ötrü əməliyyata başlayıb. Əməliyyata 1200-dən çox polis qüvvəsi cəlb edilib.

Fransanın liman şəhəri Kale yaxınlığında yerləşən çirkli və baxımsız düşərgədə 6 min 500-dən çox miqrant məskunlaşıb. Afrika, Yaxın Şərq və Mərkəzi Asiyadan gəlmiş bu qaçqınlar düşərgəyə Britaniyaya keçmək ümidiylə toplanıblar. Hökumət onları Fransanın ərazisindəki digər düşərgələrə köçməyə çağırıb.

Əməliyyat planına əsasən, bu gün, oktyabrın 24-də polis Kale düşərgəsindəki miqrantları çıxarıb şəhərdəki qeydiyyat mərkəzinə aparmalıdır.

Fransa məhkəməsinin təsdiqlədiyi əməliyyatın bir həftə çəkəcəyi güman olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG