Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsinin aktivləşdiyi bildirilir.

APA-nın xəbərinə görə, təxminən 1 həftədir başlayan sürüşmə son iki gündə daha da aktivləşib. Ümumilikdə 320 nəfər sakini olan Sədiyan kəndində 5, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Bəzi evlərin divarlarında xırda çatlar əmələ gəlib.

Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1.5, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. Yarğanın kənd sakini Ağalar Əliyevin həyətyanı sahəsinə doğru genişləndiyi, təsərrüfat tikilisinə böyük ziyan vurduğu bildirilir. Onun evinin uçmaq təhlükəsi qarşısında qaldığı, divarlarda çatlar əmələ gəldiyi deyilir.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əraziyə aidiyyəti orqanlar baxış keçirib. Hələ ki, bir evin sakinlərinin təxliyə olunmasına qərar verilib. Sürüşmə sahəsi genişlənərsə və başqa sakinlərin mənzillərinə də ziyan dəyərsə, ailələrin təhlükəsiz əraziyə köçürülməsinə qərar veriləcəyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG