Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

2016-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mədəniyyət, incəsənət, informasiya və idman sahəsinə ayrılan vəsait 3.2 dəfə çox olub.

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, ötən ilin ilk 8 ayında bu məqsədlərə 155.5 milyon manat xərclənib. Bu ilin uyğun dövründə həmin xərcləmələr 491.8 milyon manata çatıb.

Bu ilin 8 ayında isə səhiyyə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 faiz azalıb.

Ekspertlər hesab edir ki, bunun ilkin səbəbləri bəllidir. Ölkədə «Formula-1» yarışları keçirib. Elə ona görə də bu il bütövlükdə bədən tərbiyəsi, gənclər siyasəti və turizm bölməsinin maliyyələşdirilməsinə proqnozlaşdırılan 438.4 milyonun 403.2 milyon manatı beynəlxalq idman tədbirlərinin keçirilməsinə yönəldilib.

2016-cı ildə mədəniyyət, incəsənət, informasiya və idman sahələrinə büdcədən 738.6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG