Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Hələbdə 3-günlük atəşkəs sona çatıb, döyüşlər yenidən başlayıb.

Suriyadakı insan haqları müdafiəçiləri oktyabrın 23-də şəhərin mühasirəyə alınmış şərq rayonlarının—qiyamçıların əlində olan hissələrin yenidən bombalandığını bildiriblər.

Rusiya hərbi hava qüvvələriylə birgə əməliyyat aparan hökumət qüvvələri Hələbin cənubunda xeyli irəli gedib, bir neçə ərazini qiyamçıların əlindən alıblar. Gecəyarısı Hələbin Suriya ordusunun nəzarətində olan qərb hissəsiylə şərqini ayıran cəbhə xəttində şiddətli döyüş olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG