Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

İraq ordusu və kürdlər Mosul ətrafında xeyli şəhər və kəndləri azad edərək, şəhərə yaxın 3 mövqedə möhkəmləniblər. Kürd peşmərgələri koalisiya qüvvələriylə birləşərək, Mosul uğrunda yeni əməliyyata başladıqlarını bildiriblər.

Onlar Mosula doğru son maneələrdən olan Başiqa şəhərini «İslam Dövləti»ndən (İŞİD) azad ediblər. Bu barədə İraq kürdlərinin prezidenti Masoud Barzani ABŞ-ın müdafiə naziri Ash Carter-lə görüşündə məlumat verib. Ash Carter İraqa dünən, oktyabrın 23-də gedib. Onun İŞİD-ə qarşı əməliyyatla yaxından tanış olacağı və İraqdakı türk bazasının rolunu müzakirə edəcəyi gözlənir. Türk bazası elə Başiqa şəhərinin yaxınlığındadır, oradakı türk əsgərləri yerli sünni və kürd silahlı qüvvələrinə təlim keçirlər.

Oktyabrın 23-də İŞİD döyüşçüləri də əks hücuma keçib, İraqın qərbindəki Anbar vilayətinə doğru əməliyyata başlayıblar. Hərbçilərin dediyinə görə, İŞİD bununla diqqəti Mosul əməliyyatlarından yayındırmağa çalışır. İraqda İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat bir həftədir başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG