Keçid linkləri

Təcili xəbərlər

İnfarktdan qorunmağın asan yolu­­


Kanada kardioloqları yaşlaşanda infarkt, yaxud insultun riskini azaltmağın sirrini aşkar ediblər. Onların məsləhəti çox sadədir. Ən yüngül fiziki hərəkətlər və idman etmək lazımdır.

«Hətta zəif fiziki hazırlıq insult, yaxud infarkt ehtimalını azaltmağa kifayət edəcək. İdmandan xeyir görmək üçün superidmançı olmaq lazım deyil", deyə Monreal Universitetindən Daniel Kurnier bildirib.

Kardioloqlar deyirlər ki, bu, təkrar ürək tutması, yaxud insult ehtimalını dəfələrlə azaldır.

Alimlər yaxın keçmişdə insult, ürəyin işemik xəstəliyi, koronar çatışmazlıq, yaxud da ürək-damar sisteminin başqa bir xəstəliyini keçirmiş 205 yaşlı kişi və 44 qadının vəziyyətini araşdıraraq bu nəticəyə gəliblər. Bu insanların hamısının fiziki hazırlığı ən yüngül idman hərəkətləri ilə yoxlanılıb, alimlərsə bu zaman onların ürəyi, damarları və digər orqanları üzərində müşahidə aparıblar.

Bu müşahidələr göstərib ki, nisbətən normal fiziki hazırlığı olan insanlar, hətta fizioloji göstəriciləri normadan 20% aşağı olsa belə, fiziki yükün öhdəsindən təcrübənin digər iştirakçılarına nisbətən daha yaxşı gəliblər. Kardioloqlar deyirlər ki, bu, təkrar ürək tutması, yaxud insult ehtimalını dəfələrlə azaldır.

Buna da bax: Zika virusunu daşıyan ağcaqanadlar Britaniyada da tapılıb

Problemlərlə üzləşməməyin ən asan yolu Ümumdünya Səhiyyə Təşkilatının artıq mövcud olan tövsiyyələrinə əməl etməkdir. Bu tövsiyyələrə görə insan həftədə 150 dəqiqə yüngül, yaxud 75 dəqiqə ağır fiziki hərəkətər etməlidir. Bu zaman ürək və damar xəstəliklərindən ölmək ehtimalı son dərəcə aşağı olacaq.

Sənayeləşmə və texnoloji inkişafın gətirdiyi dəyişikliklər insanların gündəlik həyatına təsirsiz ötüşmür. Zaman keçdikcə insanlar həyatlarının daha çox hissəsini hərəkətsiz, oturaq keçirirlər. Piylənmə, depressiya, diabet, hipertoniya və siqaret çəkmə fiziki hərəkətsizliklə birləşəndə ürək xəstəliklərinin inkişafına yol açır. Ürək-damar xəstəlikləri dünyada ölümə yol açan hallar arasında aparıcı yerlərdən birini tutur. Ölümlərin 31%-i məhz bu səbəbdən baş verir. Bu tendensiya son illərdə daha da artmaqdadır.

XS
SM
MD
LG